278
23:29
01 Avqust 2019

"Qəbələ" avrokubokla vidalaşıb - YENİLƏNİB-5

“Qəbələ” avrokuboklarda mübarizəni dayandırıb.

APA -nın məlumatına görə, Azərbaycan kubokunun qalibi Avropa Liqasının II təsnifat mərhələsini adlaya bilməyib.

Yarışa bu raunddan başlayan Sənan Qurbanovun yetirmələri Gürcüstanın “Dinamo” klubu ilə cavab oyununda da uduzub. Evdə iki cavabsız qol buraxan “Qəbələ” Tbilisidəki görüşdə 0:3 hesabı ilə məğlub olub. Meydan sahibləri hər üç qolu fasilədən sonra vurublar.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
1 avqust
21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) - “Qəbələ” - 3:0
QOLLAR:
Şengeliya, 68, 88,Karikari, 90+3
Baş hakim:Petri Vilyanen
“Dinamo”:1. Xose Perales, 3. Viktor Monxil, 5. Davit Kobouri, 8. Georgi Kuxianidze, 10. Levan Şengeliya (k), 15. Georgi Papava, 16. Georgi Kimadze, 19. Levan Kutalya, 24. Nodar İaşvili, 32. Nika Ninua, 38. Nodar Kavtaradze
Ehtiyat oyunçular:12. Sergey Litovçenko, 2. Quca Ruxaia, 4. Abdel Medioub, 6. Bakar Kardava, 9. Kvame Karikari, 11. Akaki Şulaya, 14. Arpanq Daffe
Baş məşqçi:Feliks Visente Miranda
Qəbələ:1. Anar Nəzirov (k), 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Davit Volkov, 10. Klesio Bauk, 11. Asif Məmmədov, 13. Kristian Kouakou, 21. Fernan Lopez, 77. Merab Qiqauri.
Ehtiyat oyunçular:94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 6. Kamal Mirzəyev, 7. Roman Hüseynov, 14. Ülvi İsgəndərov, 19. Rövlan Muradov, 74. Yusif Nəbiyev.
Baş məşqçi:Zaur Həşimov
Tbilisi, Boris Payçadze adına stadion
İlk oyun – 2:0

***

Saat. 21:54

Avropa Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Gürcüstan) - “Qəbələ” (Azərbaycan) oyununda yenidən hesab dəyişib.

APA -nın məlumatına görə, Tbilisidə təşkil olunan matçın 90+3-cü dəqiqəsində Qəbələ təmsilçisinin sahib futbolçusuKvame Karikari fərqlənib - 3:0.

***

Saat. 22:51

Avropa Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Gürcüstan) - “Qəbələ” (Azərbaycan) oyununda ev sahibləri ikinci qolu vurub.

APA -nın məlumatına görə, Tbilisidə təşkil olunan matçın 88-ci dəqiqəsində gürcülərin futbolçusu Levan Şengeliya dublunu rəsmiləşdirib - 2:0

***

Saat. 22:30

Avropa Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Gürcüstan) - “Qəbələ” (Azərbaycan) oyununda hesab açılıb.

APA -nın məlumatına görə, Tbilisidə təşkil olunan matçın 68-ci dəqiqəsində ev sahibləri qol sevinci yaşayıblar. Kapitan Levan Şengeliyanın zərbəsi dəqiq alınıb - 1:0.

***

Saat. 22:08

Avropa Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Gürcüstan) - “Qəbələ” (Azərbaycan) oyununda ikinci hissə start götürüb.

APA -nın məlumatına görə, Tbilisidə təşkil olunan görüşün 45 dəqiqəsində komandalar fərqlənməyiblər.

***

Saat. 21:51

Avropa Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Gürcüstan) - “Qəbələ” (Azərbaycan) oyununda ilk hissə başa çatıb.

APA -nın məlumatına görə, Tbilisidə təşkil olunan matçın 45 dəqiqəsindən sonra hesab açılmayıb.

***

Saat. 21:00

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

APA -nın məlumatına görə, mübarizəyə bu mərhələdən başlayan “Qəbələ” klubu Gürcüstan “Dinamo”su ilə üz-üzə gəlir.

Azərbaycan kubokunun qalibi mövsümdə ikinci matçına çıxıb. Sənan Qurbanovun yetirmələri Tbilisi təmsilçisi ilə səfərdə qarşılaşır.

Qəbələnin eyniadlı təmsilçisi mərhələ adlamaq üçün evdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışır. Bunun üçün “qırmızı-qaralar” ən azı iki top vurmalıdır.

Qeyd edək ki, “Dinamo” – “Qəbələ” cütünün qalibi III təsnifat mərhələsində Hollandiyanın “Feyenoord” klubu ilə üz-üzə gələcək.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
1 avqust
21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) - “Qəbələ”
Baş hakim:
Petri Vilyanen