490
19:30
01 Avqust 2019

Tanınmış musiqiçi oteldə ölü tapıldı

Türkiyəli musiqiçi Fırat Şallı oteldə ölü tapılıb.
Lent.az türk mediasına istinadən xəbər verir ki, Marmaris şəhərində gitara çalan musiqiçi İçmələr məhəlləsində olan hoteldə yatağında hərəkətsiz vəziyyətdə tapılıb. Təcili Tibbi Yardıma edilən zəngdən sonra gələn tibb işçiləri musiqiçinin öldüyünü bildirib.
Aparılan araşdırmalardan sonra gənc musiqiçinin üzərində hər hansısa zədə izi aşkar edilməyib.
Hazırda onun ölümünün səbəbləri araşdırılır.