314
15:00
01 Avqust 2019

“Arsenal” “Neftçi"dən şanslı sayılır

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları üçün əmsallar açıqlanıb.
APA -nın məlumatına görə, bukmeker kontorları bu gün meydana çıxacaq Azərbaycan klublarının şanslarını fərqli qiymətləndiriblər.
İlk qarşılaşmada səfərdə Rusiya “Arsenal”ına 1:0 hesabı ilə qalib gələn “Neftçi” yenə şanslı hesab olunmur. Bakı klubunun qələbəsi 2,82, məğlubiyyəti 2,63 əmsaldır. Matçda heç-heçəyə 3,13 əmsal verilib.
“Qəbələ”nin qələbə qazanacağı isə demək olar ki, proqnozlaşdırılmır. Bu səbəbdən də evdə “Dinamo”ya (Gürcüstan, Tbilisi) 0:2 hesabı ilə uduzan təmsilçimizin qalib gəlməsi 6,30 əmsalla qiymətləndirilib. Görüşdə gürcülərin qələbəsinə 1,54 verilibsə, heç-heçə 4,04 əmsaldır.
Qeyd edək ki, hər iki qarşılaşma saat 21:00-da başlayacaq.