4997
12:55
01 Avqust 2019

Əməkdar artist Tolikin verilişinə gəlməkdən imtina etdi - VİDEO

Ötən gün Əməkdar artist fəxri adını alan aktyor Qorxmaz Əlili “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişinə gəlməkdən imtina edib.
Lent.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) proqram zamanı məlumat verib.
“Bu gün buraya gəlməmisiniz. Bu da sizin təbii haqqınızdır. Çünki anonsda sizi yanlış təqdim ediblər. Burada redaktorun günahı yoxdur”, - deyə, o, bildirib.
Qeyd edək ki, Qorxmaz Əlili soyadını Əlilicanzadə olaraq dəyişdirib. Sənətçi hər yerdə soyadının belə səslənməsini istəyir.