187
11:50
01 Avqust 2019

“Qəbələ”nin iki futbolçusu İspaniya klubunda təcrübə keçəcək

“Qəbələ” Futbol Akademiyasının 17 yaşlı futbolçuları - Mehrac Baxşəli və Gülağa Əsədov İspaniyaya yola düşüblər.
APA -nın məlumatına görə, onlar səfər çərçivəsində "Malaqa" klubunda təcrübə keçəcəklər.
Futbolçular bir aylıq hazırlıqdan sonra Qəbələyə geri dönəcəklər.
Qeyd edək ki, təcrübə AFFA-nın dəstəyilə təşkil olunub.