200
21:32
31 İyul 2019

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatında daha bir medal qazanıb.

APA -nın məlumatına görə, yığmanın heyətində Murad Haqverdiyev fəxri kürsüyə yüksəlib.

45 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçi bürünc medala yiyələnib. Qırğızıstan təmsilçisi Vladislav Nikandrov ilə görüşdə əzmkar mübarizə ortaya qoyan Gəncə güləş məktəbinin yetirməsi son saniyələrdə icra etdiyi fəndlə hesabda önə keçərək dünya üçüncüsü olub.

Fərhad Kərimli (60 kq) isə görüşə çıxmayıb. O, zədələndiyi üçün üçüncü yer uğrunda güləşə bilməyib.

Qeyd edək ki, bir gün öncə Cəbrayıl Hacıyev (65 kq) dünya çempionu tituluna yiyələnib.