244
18:20
31 İyul 2019

Rəhman Hacıyev: “Arsenal”la görüşü səbirsizliklə gözləyirik”

“Bizi sabah çox ağır oyun gözləyir. Qarşılaşmaya çox ciddi hazırlaşırıq. Baş məşqçi tapşırıqlarını verib. Buna əməl edib, qələbə qazanarıq”.
APA -nın məlumatına görə, bunu Bakının “Neftçi” klubunun futbolçusu Rəhman Hacıyev deyib.
Yarımmüdafiəçi bu gün təşkil edilən mətbuat konfransında Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Tula “Arsenal”ı ilə keçiriləcək cavab görüşünü dəyərləndirib.
R. Hacıyev bildirib ki, klub daxilində ab-hava yüksəkdir: “Komandada hər şey çox yaxşıdır. Matça ciddi hazırlaşmışıq. Artıq hamımız sabahkı görüşü səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Arsenal” görüşü saat 21:00-da başlayacaq. İlk qarşılaşmada paytaxt təmsilçisi 1:0 hesablı səfər qələbəsi qazanıb.