359
19:12
31 İyul 2019

O da "Barselona"dan ayrılır - FOTO

"Barselona"nın hücumçusu Malkom "Zenit"ə keçir.

Klublar artıq braziliyalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər. 22 yaşlı forvardın avqustun 2-də Sankt-Peterburqa gedib tibbi müayinədən keçəcəyi bildirilir. "Zenit"in Malkoma görə Kataloniya təmsilçisinə 40 milyon avro təzminat ödəyəcəyi iddia olunur.

Qeyd edək ki, ötən ilin yayında "Bordo"dan "Barselona"ya keçənMalkom ispan klubu ilə 5 illik müqavilə bağlamışdı. /qol.az