343
14:17
28 İyul 2019

"Minni Maus" öldü

Disney cizgi filmlərində Minni Maus obrazını səsləndirən amerikalı aktrisa Rassi Teylor 75 yaşında vəfat edib.
APA -nın xəbərinə görə, bu barədə "Walt Disney" şirkəti məlumat yayıb.
Məlumatda aktrisanın iyulun 26-da Kaliforniya ştatının Qleyndeyl şəhərində vəfat etdiyi bildirilir.
Qeyd edək ki, R. Teylor 30 il ərzində Disneyin müxtəlif layihələrində Mikki Mausun rəfiqəsi Minni Mausu səsləndirib.