453
16:48
27 İyul 2019

İlk müstəqil teatrımız yeni mövsümə bu tamaşa ilə başlayacaq

Azərbaycanın ilk müstəqil teatrı olan Azərbaycan Dağınıq Oda teatrı (ODA) 7-ci mövsümün ilk premyerasını edəcək.

Lent.az xəbər verir ki, premyera iyulun 31-də saat 19:00-da baş tutacaq.

Premyerada oynanılacaq RİNG adlı tamaşa modern alman dramaturqu Falk Rixterin “Güvən” pyesi əsasında hazırlanıb.

Əsəri Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib.

Tamaşanın rejissoru ADO teatrının fransız əsilli aktrisası Elsa Furtado, rəssamı Leyla Quliyevadır. Rolları isə Günel İmanova, Fərizə Babayeva, İskra Tarrant, Elmin Bədəlov və Sabir Vol Məmmədov ifa edir.