409
11:43
24 İyul 2019

Murad Köhnəqala yeni evindən DANIŞDI

Prezidentin ev hədiyyə etdiyi yazar Murad Köhnəqala təəssüratını Kulis.az -la bölüşüb:
“Dünən, Milli Mətbuat Günü, məhz ev kirayəsi verdiyim an Bakı şəhər İcra Hakimiyyətindən zəng gəldi, dedilər, Prezidentə ünvanlanan məktubu dəyərləndiriblər və sənə mənzil vermək istəyirlər. Çox sevindim. Bu gün də çağırdılar, getdim, evin yerini göstərdilər. Yeni Yasamalda, Bünyadzadə küçəsində on üçüncü mərtəbədə ikiotaqlı evdir. Ancaq ev yaşayış üçün iki-üç aya hazır olacaq. Təmirli, hazır vəziyyətdə deyil.”
O, sonda bir daha ölkə başçısına minnətdarlığını bildirib:
“Mən çox sevinirəm ki, cənab Prezident mənzil problemimlə bağlı müraciət edən insanların jestini yüksək qiymətləndirdi və mənə mənzil verdi. Mən həm ailəm adından, həm öz adımdan Prezidentə təşəkkürümü bildirir, ona can sağlığı, işlərində uğurlar arzulayıram.”