187
10:05
17 İyul 2019

Ölkədə mal-qaranın sayı AZALIB

2019-cu il iyulun 1-i vəziyyətinə ölkə üzrə 2674,0 min baş iribuynuzlu mal-qara, o cümlədən 1284,9 min baş inək və camış, 8542,7 min baş qoyun və keçi mövcud olub.

Bu barədə Lent.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2018-ci il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 17,3 min baş (0,6 faiz), o cümlədən inək və camışların sayı 5,8 min baş (0,5 faiz), qoyun və keçilərin sayı 106,3 min baş (1,2 faiz) azalıb.