164
05:59
17 İyul 2019

41 yaşlı kişini 5 nəfər döydü: təcili xəstəxanaya çatdırılıb

Sabunçu rayonunda 41 yaşlı kişi döyülüb.
Hadisə Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində baş verib. 1978-ci il təvəllüdlü Bağırov Namiq Şirzad oğlu 5 nəfər tərəfindən döyülüb.
Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.