183
19:48
16 İyul 2019

İranda mikroavtobus aşdı: 11 nəfər ölüb

İranda ölümlə nəticələnən yol qəzası baş verib.
APA -nın Tehran bürosunun məlumatına görə, bu gün yerli vaxtla saat 10 radələrində Boyin - Miyandəşt istiqamətindən Xansar şəhərinə gedən mikroavtobus dərəyə aşıb.
Qəza nəticəsində 11 nəfər ölüb, 8 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.