395
19:04
16 İyul 2019

Bu vəkil barəsində cinayət işi başlandı

Azərbaycanda vəkilə qarşı cinayət işi başlanıb.
APA -nın məlumatına görə, 12 saylı Vəkil bürosunun vəkili Vüqar Poladov Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham olunur.
Onunla birlikdə Misir Əmirov da təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Onlar barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.
Vəkillər Kollegiyasından APA -ya bildirilib ki, V. Poladovun vəkillik fəaliyyəti bir müddət əvvəl dayandırılıb.