249
17:51
16 İyul 2019

Hindistanda faciə: onlarla adam bina altında qaldı

Hindistanın Maxaraştra əyalətinin paytaxtı Mumbaidə 4 mərtəbəli bina çöküb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 2 nəfər ölüb, 40 nəfərdən çox şəxs isə binanın altında qalıb.
Ərazi yerindəki xilasedicilər hazırda insanları xilas etməyə çalışırlar.
Qeyd edək ki, binanın çox köhnə olduğu, təxminən 1 əsr yaşı olduğu bildirilir.