2214
17:42
16 İyul 2019

Şəbnəm Tapdıq Tovuzluya mesaj yazdı: "Adını dəyiş"

Müğənni Şəbnəm Tovuzlu həmkarı Şəbnəm Tapdıq barədə danışıb. Lent.az -ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, Ş.Tapdıq ona mesaj yazaraq bildirib ki, adını dəyişsin:

“Şəbnəm Tapdıq mənə deyir ki, adını Şəbnur, ya da Şəbtac qoy. Ona cavab qaytarım? Məndən böyükdür axı. Deyir ki, verilişlərə çıxanda aparıcı səni “Şəbnəm Tovuzlu” kimi yox, “Tovuzlu Şəbnəm” kimi təqdim etsinlər. Onu da başa düşə bilmirəm. Bunların fərqi nədir? Deyir ki, öncə “Şəbnəm” adı çəkilməsin. Mən də onun dediklərini edirəm. Onu çox istəyirəm. Adımdan imtina etmərəm. Bu, anamın xatirəsidir. Onun ruhu inciyər. Bu fikirlər məntiqsizdir. Hətta telefonuma da mesaj yazıb ki, adını dəyiş. O, özünə qarşı diqqət istəyir”.