338
17:10
16 İyul 2019

"Everton"un sabiq hücumçusu "Qarabağ"da!

Lent.az futbolpress-ə istinadla xəbər verir ki, "Qarabağ" növbəti transferini açıqlamağa hazırlaşır.
Ağdam təmsilçisi Türkiyənin "Osmanlıspor" klubundan Maqaye Qeyeni heyətinə cəlb etmək üzrədi. 29 yaşlı hücumçu ilə razılıq əldə olunub cə yaxın zamanda o, rəsmən təqdim olunacaq.
Fransanın aşağı yaş millilərində və Seneqal U-23 yığmasında çıxış etmiş forvard karyerasına "Strazbur"da başlayıb. Daha sonra "Everton", "Brest", "Milluol" və "Adanaspor"un da formasını geyinən oyunçu ötən mövsüm "Osmanlıspor"da 25 matçda 9 qol vurub.