407
15:13
16 İyul 2019

Etilen-Polietilen zavodundakı ölümlə bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB

"Azərikimya" İstehsalat Birliyi Etilen-Polietilen zavodunda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb.
İB-dən APA -nın yerli bürosuna bildirilib ki, iyunun 15-də saat 15:20 radələrində “Azərikimya” İB-nin modernizasiya layihəsində baş podratçı olan İtaliyanın “Technip İtaly Spa” şirkətinin işçisi (elektrik) Bakı sakini, 1982-ci il təvəllüdlü Baxşiyev Ziyad Sabir oğlu zavodun ərazisində modernizasiya işləri aparan zaman gərginliyə düşüb.
"Ziyad Baxşiyevə hadisə yerində podratçı şirkətlərin növbətçi həkimləri, sonra isə “Kimyaçı” poliklinikasının təcili-tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilsə də, onun həyata qaytarılması mümkün olmayıb və vəfat edib. Dünyasını dəyişmiş şəxs “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunun deyil, podratçı şirkət olan “Technip İtaly Spa” şirkətinin işçisidir”, - deyə məlumatda bildirilib.
***
15 iyul
saat 16:.00
Sumqayıtda zavodda bədbəxt hadisə baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, şəhərin Etilen-Polietilen zavodunda çalışan 1982-ci il təvəllüdlü Baxşıyev Ziyad Sabir oğlunu elektrik cərəyanı vurub. Z. Baxşıyev hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.