1507
14:31
16 İyul 2019

Ətli "akroşka"nı belə hazırlayın: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Myfoodchannel” adı ilə məşhur olan səhifəyə istinadla Ukraynanın məşhur soyuq yay yeməyi olan “akroşka”nın hazırlanması ilə tanış edəcəyik.
“Akroşka”nın tərkibi:
400 qr. dana əti, 5 ədəd kartof, 5 ədəd xiyar, 5 ədəd yumurta, 2 litr sərin qazlı su, 1 yemək qaşığı limon duzu, 300 qr. mayonez 400 qr. xama, duz.
Hazırlanma qaydası:
400 qram yağsız ət qaynadılır, kəfi yığılır. Dana ətindən başqa bunu toyuq filesi ilə və ya kolbasa ilə də etmək olar. Daha sonra suya duz töküb, əti bişiririk. Digər tərəfdə 5 ədəd orta irilikdə olan kartof xırda kub formasdında doğrayıb, üzərinə qaynar su töküb, bişməsi üçün ocağa qoyuruq.
Daha sonra 5 ədəd yumurta da qaynadılır. 5 ədəd xiyar isə kartof kimi kub formasında doğranılır və qazana əlavə edilir. Ardınca bir dəstə göy soğan, bir dəstə cəfəri və yarım dəstə şüyüd də doğranılaraq, qazana əlavə edilir. Qaynadılan yumurtalar soyuduqdan sonra qabığı soyulur və kub formasında doğranılır, qazana tökülür. Ət də bişdikdən sonra soyuyur və xırda doğranılaraq, qazana əlavə edilir. Duz tökülür və qarışdırılır.
Üzərinə 300 qram mayonez, 400 qram xama tökülüb qarışdırılır. İstəyə görə bunu qatıqla da etmək mümkündür. Sonra isə qazana 2 litr sərin qazlı su tökülərək qarışdırılır və 1 yemək qaşığı limon duzu və ya yarım limon şirəsini də əlavə edib yaxşı qarışdırırıq.Hazırlanan yemək soyuducuya qoyulur və istənilən zaman dadılır.
Nuş olsun!