451
11:44
16 İyul 2019

“Azəriqaz”da yeni təyinat: məşhur aparıcı vəzifəyə gətirildi

“Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev vəzifəsindən ayrılıb.
Bu barədə Lent.az -a onun özü məlumat verib. İ.Kərbalayev bildirib ki, vəzifəsindən ayrılsa da, “Azəriqaz”dan ayrılmayıb:
“Fəaliyyətimə qurumun digər bir şöbəsində rəis kimi davam edəcəm. Mənim yerimə isə jurnalist Ceyhun Səfərov gətirilib. O bundan sonra qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisidir".
Qeyd edək ki, C.Səfərov 2003-cü ildən etibarən ATV telekanalında işləyib. Jurnalist karyerasına isə Gəncə bürosunda müxbir kimi başlayıb, sonra redaktor assistenti, redaktor və aparıcı vəzifələrində çalışıb.