228
10:51
16 İyul 2019

İtkin düşən 17 yaşlı qız tapıldı

Bakıda itkin düşmüş 17 yaşlı qız tapılıb.
APA -nın xəbərinə görə, iyulun 12-də 23-cü Polis Şöbəsinə Nizami rayon Keşlə qəsəbə sakini, 2002-ci təvəllüdlü Fatimə Cabbarovanın itkin düşməsi ilə bağlı məlumat daxil olub. İyulun 13-də 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşmüş F. Cabbarova Nəsimi rayonu, Cavadxan küçəsi 54 ünvanında tapılaraq ailəsinə təhvil verilib.