215
10:37
16 İyul 2019

“Qarabağ”ın yeni transferi

“Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum, hər şey yüksək səviyyədədir”.
APA -nın məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun futbolçusu Faysal Rerras deyib.
Azərbaycan çempionunun yeni transferi klubu barədə ilk təəssüratlarını açıqlayıb: “Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam. İlk oyuna çıxacağım günü səbirsizliklə gözləyirəm. Müdafiənin həm sağ, həm sol cinahlarında çıxış edə bilərəm. Hətta yarımmüdafiə xəttində də oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm. “Qarabağ” haqda məlumatım var idi, avrokuboklarda oyunlarını izləmişdim. Fransa komandaları ilə oynayan zaman da klub haqda daha çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sona qədər mübarizə aparan futbolçu görəcəklər”.