177
08:33
16 İyul 2019

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Yevlaxdasərnişin mikroavtobusu minik maşını ilə toqquşub.

APA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisəsəhər saatlarında Bakı-Qazax magistral yolunun Yevlax şəhərindəki nəqliyyat körpüsü yaxınlığında baş verib.

Belə ki, Bakı-Gəncə marşrutu ilə işləyən “Ford” markalı sərnişin mikroavtobusu“Opel” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 4 nəfər – Bakı şəhər sakinləri, 1979-cu il təvəllüdlü Alıyev Yusif İsmayıl oğlu, 1973-cü il təvəllüdlü Dadaşova Afaq Fikrət qızı, Tovuz rayon sakinləri, 1975-ci il təvəllüdlü Niyazov Qələndər Cəfər oğlu və 1996-cı il təvəllüdlüMayılova Səbinə Nüsrət qızı xəsarət alıb. YaralılarYevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.