215
08:15
16 İyul 2019

Pakistan öz hava məkanını bütün mülki uçuşlara açıq elan edib

Hindistanla münasibətlərin pozulmasından bir neçə ay sonra Pakistan öz hava məkanını kommersiya xarakterli bütün mülki aviareyslərə açıq elan edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, hava məkanı bütün uçuşlar üçün açılsa da, yenə də marşrutların hava hərəkəti xidməti ilə razılıq əldə olunmalıdır.

Qeyd edək ki, Hindistan və Pakistan arasında Kəşmirdə silahlı qarşıdurmalar olub. İki ölkə arasında böhran fevralın 14-də Hindistanın şimal ştatı Cammu və Kəşmir yaxınlığında kamikadzenin özünü partlatmasından sonra yaranmışdı. Partlayış nəticəsində 40 hind polisi ölmüşdü.