261
08:54
16 İyul 2019

Sabirabad mərkəzi bazarında baş vermiş yanğının qarşısı alınıb - FOTO - YENİLƏNİB

Sabirabadda baş vermiş yanğın iki böyük ərzaq mağazasını əhatə edib və onun ticarət mərkəzinə keçməsinə imkan verilməyib.

APA -nın Mil-Muğan bürosu xəbər verir ki, yanğın təxminən 1000-1500 kv/m sahəni əhatə edib.

Əraziyə 10-dan çox yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

İlkin ehtimala görə, yanğın mağazaların birində olan soyuducuda yaranmış qısaqapanmadan qaynaqlanıb.

***

Saat 07:33

Sabirabad rayonunda güclü yanğın başlayıb.

APA -nın məlumatına görə, hadisə mərkəzi bazarda və yaxınlıqdakı ticarət mərkəzində qeydə alınıb.

Yanğınla bağlı FHN 3 saylı çağırış elan edib. Hadisə yerinə Sabirabad, Saatlı və Şirvanyanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.