282
18:50
15 İyul 2019

Qaradağdakı yanğın "Binə"-“Elit” Ticarət Mərkəzindən aralıda olub - RƏSMİ

Bu gün saat 17:10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) müşahidə kameraları tərəfindən “Binə” ticarət mərkəzindən aralıda, dağlıq ərazidəki 100 m2 sahədə məişət və təkər tullantılarının yanması qeydə alınıb.
FHN-in mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, əraziyə yanğından mühafizə bölmələri cəlb olunub.
Qeyd olunub ki, yanğın saat 17:50-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“Fövqəladə Hallar Nazirliyi olaraq kütləvi informasiya vasitələrindən xahiş edirik ki, dəqiqləşdirilməmiş məlumatları yaymasınlar”, - Nazirlikdən bildirilib.
Qeyd edək ki, bir sıra mətbuat orqanında Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə"-“Elit” Ticarət Mərkəzində yanğının baş verməsi ilə bağlı xəbər yayılıb.