280
18:18
15 İyul 2019

“Yuventus” yeni futbolçusunu təqdim etdi

İtaliyanın “Yuventus” klubu növbəti transferini təqdim edib.
APA -nın məlumatına görə, Turin təmsilçisi heyətini uelsli futbolçu Aron Remsi ilə gücləndirib.
28 yaşlı orta sahə oyunçusu “ağ-qaralar”a azad agent statusu ilə qoşulub. İngiltərənin “Arsenal” klubu ilə müqaviləsi başa çatan A.Remsi yeni komandasında 8 nömrəli forma ilə çıxış edəcək.