347
16:32
15 İyul 2019

Hazard "Real Madrid"də bu nömrə ilə oynayacaq

"Real Madrid"in yeni transferi Eden Hazard "Kral klubu"ndakı forma nömrəsini seçib.
Lent.az -ın goal.az-a istinadən verdiyi məlumata görə, belçikalı yarımmüdafiəçi 23 nömrəli formada çıxış edəcək.
Hazardın bu nömrəni seçməsi onun qatı basketbol azarkeşi olması ilə əlaqələndirilir. Amerika Milli Basketbol Assosiasiyasında (NBA) vaxtı ilə Maykl Cordon və Lebron Ceyms məhz 23 nömrəli formanı geyiniblər.
"Real"da isə bu nömrə altında ingiltərəli yarımmüdafiəçi Devid Bekhem çıxış edib.
Qeyd edək ki, bir müddət öncə Hazardın 7 və ya 11 nömrəsini seçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.