404
13:23
15 İyul 2019

Metropoliten siqaret çəkən şəxsi axtarır - AÇIQLAMA - VİDEO

“Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vaqonda siqaret çəkən şəxslə bağlı ciddi araşdırmalar aparılır”.
Bu sözləri Lent.az -a açıqlamasında qurumun mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, müvafiq qanunvericiliklə metro ərazisində siqaret çəkmək qadağandır və buna görə cərimə də nəzərdə tutulub:
“Bu hal Nazirlər Kabinetinin təsdiq etdiyi metropolitendən istifadə qaydaları ilə də qadağan edilib. Bu istiqamətdə metropoliten həm sərnişinlər, həm də işçilər arasında müvafiq təbliğat aparır, məlumatlandırır, aksiyalar keçirir. Metroda qadağanedici işarələr də var və bu haqda istifadə qaydalarında da birmənalı yazılıb”.
B.Məmmədov əlavə edib ki, ilk növbədə sərnişin öz haqlarını və hüquqlarını qanunu pozan sərnişindən tələb edə bilər:
“Bunu etməklə yanaşı, sərnişin qatar maşinistinə rabitə vasitəsilə məlumat verə, yaxud da bu barədə stansiyada metro işçisinə və ya polisə bildirə bilər. Bununla da həmin şəxs barədə dərhal tədbir görülərdi.Sadəcə, hələ ki, hadisənin nə vaxt və hansı qatarda baş verməsi məlum deyil. Buna görə də həmin şəxsin kimliyi metrostansiyalar və qatarlardakı kameralar vasitəsilə araşdırılır. Həmin şəxs tapılaraq barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək".
Qeyd edək ki, sözügedən videonu "Qafqazinfo" yayıb.