391
11:22
12 İyul 2019

Sosial evlərin satışı BAŞA ÇATDI - YENİLƏNİB

“Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) bu dəfəki onlayn satışı 30 saniyəyə başa çatıb”.
Bu barədə Lent.az -a Azərbaycan İnternet Forumunun prezidenti, ekspert, eləcə də onlayn satış prosesinin uğurlu çalışması üçün yaradılan qərargahda müşahidəçi kimi iştirak edən Osman Gündüz məlumat verib. O bildirib ki, ilk mənzilin seçimi təxminən 5 saniyə çəkib:
“Daha dəqiq məlumatları MİDA və Qərargah log fayllara baxdıqdan sonra açıqlayacaq”.
***
09:49
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün növbəti güzəştli mənzillər satışa çıxarılacaq.
Lent.az məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı 12 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək.