173
09:12
12 İyul 2019

Bakı metrosunda qatarda problem

Bakı metrosunda qatarda problem yaranıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, hadisə bu gün səhər saat 07:59-da "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatarda baş verib:
"İnşaatçılar" stansiyasında dayanan qatarın qapılarından birində problem yaranıb. Problem aradan qaldırılıb və qatar xətt üzrə hərəkətini davam etdirib. Yaranmış texniki nasazlıq səbəbindən qatarların intervalında 5 dəqiqə gecikmə yaranıb".
(Trend)