338
04:33
12 İyul 2019

Sudanda dövlət çevrilişinə cəhd edən 12 zabit saxlanılıb - YENİLƏNİB

Sudanın təhlükəsizlik qüvvələri hərbi dövlət çevrilişi etmək istəyən 12 zabiti – 7 hazırda xidmətdə olan və 5 ehtiyatda olan zabiti, eləcə də onlara bu işdə köməklik göstərən 4 nəfəri həbs edib. Ancaq çevriliş cəhdinin əsas fiquru hələ də ələ keçməyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sudanın Hərbi Keçid Şurasının təhlükəsizlik komitəsinin rəhbəri Camal Omar İbrahimin açıqlamasında deyilir.

Onun sözlərinə görə, hazırda saxlanılan şəxslər dindirilir. Bundan sonra onlar məhkəmə qarşısına çıxarılacaqlar.

***

Saat 01:41

Sudanda dövlət çevrilişinə cəhd edilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bu barədə yerli televiziya kanalında məlumat yayılıb.

“Cəhdin qarşısı alınıb”, - Sudanın Hərbi Keçid Şurasının açıqlamasında belə deyilir.

Hadisənin təfərrüatları və çevrilişə cəhd edənlərin kimliyi barədə hələlik hər hansı məlumat verilməyib.