211
00:36
12 İyul 2019

Sumqayıtın "Rövşən” ritm qrupu Rusiyada keçirilən 15-ci Beynəlxalq ritm festivalında iştirak edib - FOTO

Rusiyanın Samara şəhərində ənənəvi 15-ci Beynəlxalq ritm festivalı keçirilib.Festivalda Azərbaycanı Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində fəaliyyət göstərən "Rövşən” ritm qrupu təmsil edib.

Kollektivin rəhbəri Rövşən Cabbarlı APA -ya bildirib ki, festivalda 15 xarici ölkə, həmçinin Rusiyanın 15 böyük şəhərindən dəvət olunmuş sənətçilər iştirak edib.

"Sumqayıtlılar Türkiyə, İran, Ukrayna, Liviya, Tacikistan kimi ölkələrdən gələn ritm həvəskarları ilə eyni səhnəni bölüşüblər" - deyən istedadlı ritm ustası R.Cabbarlı festivalın 3-cü günü Tolyatti şəhərinin filarmoniyasında solo konsertlə çıxış etdiklərini əlavə edib.