489
22:47
11 İyul 2019

Müdirin maşınını götürüb qəza törətdi - FOTO

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nərimanov RPİ-dən APA -ya verilən məlumata görə, 1986-cı il təvəllüdlüPaşa Qəibzadə işlədiyi avtomobil yuma məntəqəsininsahibinə məxsus "Honda" markalı avtomobili onun icazəsi ilə götürərəkqəza törədib.

Bildirilir ki, avtoqəza Ələsgər Qayıbov küçəsində qeydə alınıb. Belə ki,P.Qəibzadə həmin küçədə avtomobili idarə edərkən sürət həddini aşıb və onu ağaca vurub. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılsa da, yolda dünyasını dəyişib.

Faktla bağlı Nərimanov polisi istintaq araşdırmaları aparır.