397
21:26
11 İyul 2019

Türkiyə ordusu İraqın şimalında əməliyyatla 5 terrorçunu məhv edib

Türkiyə ordusunun “Pəncə” hərəkatı çərçivəsində İraqın şimalındakı Avaşin-Basyan və Metina bölgələrində həyata keçirdiyi hava əməliyyatlarında 5 terrorçu zərərsizləşdirilib.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, əməliyyat zamanı PKK tərəfindən silah anbarı və sığınacaq kimi istifadə olunan hədəflər də məhv edilib.