221
19:57
11 İyul 2019

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirilib

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) bölük, batareya komandirləri və müavinləri ilə komandir hazırlığı toplantısı keçirilib.
Müdafiə Nazirliyindən Lent.az -a verilən məlumata görə, toplantı çərçivəsində nəzəri və praktiki məşğələlərə cəlb edilmiş zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılıb.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində toplantıya yekun vurulan zaman bildirilib ki, bölük, batareya komandirləri və müavinləri real döyüş şəraitində keçirilən məşğələlərdə atıcı silahlardan, zirehli döyüş maşınlarından, raket-artilleriya sistemlərindən və silahlanmaya yeni daxil edilmiş ən müasir hərbi texnikalardan məharətlə istifadə edərək yüksək nəticə göstəriblər.