348
18:16
11 İyul 2019

Daha bir gənc suda boğuldu

Ağdamda 17 yaşlı gənc suda boğularaq ölüb.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Baharlı 2 qəsəbəsində baş verib.
Quliyev Elmir Yalçın oğlu qəsəbə ərazisindəki göldə çimərkən boğulub.
Onun meyitinin sudan çıxarılması istiqamətində axtarış işləri aparılır.