1085
18:12
11 İyul 2019

Tut mürəbbəsinin hazırlanması qaydası - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “lavanda618” adı ilə məşhur olan səhifəyə istinad edərək tut mürəbbəsinin hazırlaması ilə tanış edəcəyik.
Tut mürəbbəsinin tərkibi:
1 kq tut, 900 qr şəkər tozu, 1 ədəd limon suyu
Hazırlanma qaydası:
Tutu təmizləyib yuyuruq. Sonra üzərinə şəkər tozunu əlavə edib 1 gün kənarda saxlayırıq. Suyunu buraxdıqdan sonra zəif odda şəkər tozu tam əriyənə qədər qaynadırıq. Daha sonra kənara qoyub soyuyana qədər gözləyirik. Yenidən 10 dəqiqə ərzində bişiririk. Üzərinə yığılmış köpükləri yığırıq və bişib qurtarana yaxın limon suyunu əlavə edirik. Yenidən kənara qoyub soyuduruq və tam soyuyandan sonra 2-3 dəqiqə qaynadıb, mürəbbəni sterilizasiya edilmiş bankalara yığıb bağlayırıq.
Nuş olsun!