235
17:17
11 İyul 2019

"Qarabağ" - "Partizani" matçının biletləri satışa çıxarıldı

Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ" (Azərbaycan) - "Partizani" (Albaniya) görüşünün biletləri satışa çıxarılıb.
Klubdan APA -ya verilən məlumata görə, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək qarşılaşmanı canlı izləmək istəyənlər bu gündən etibarən biletləri əldə edə bilərlər.
Biletlərin ən ucuzu 2, ən bahası 50 manatadır. Həmçinin sektorlar üzrə 5 və 10 manata da bilet əldə etmək mümkündür.
Qeyd edək ki, ilk görüşdə heç-heçə edən komandaların Bakıdakı cavab oyunu saat 21:00-da başlayacaq.