277
15:33
11 İyul 2019

Bakıda naməlum avtomobillə vurulan qadın ölüb

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın məlumatına görə, dünən axşam saatlarında, Əmircan qəsəbənin bazar adlanan ərazisində təxminən 60 yaşında olan qadın naməlum avtomobillə vurulub. Sürücü hadisə yerindən qaçıb, vurulan qadın isə aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.