227
15:30
11 İyul 2019

83 yaşlı kişinin meyiti mənzilində tapıldı

Bakıda 83 yaşlı kişinin meyiti mənzilində tapılıb.
Fövqəladə Hallar Nazirliyinindən APA -ya verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Atmoqolov Qeyfulla İdayatullayeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.​​