357
14:18
11 İyul 2019

İki "Mercedes" toqquşdu: bir ölüb, iki yaralı

Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Qarabucaq kəndində qeydə alınıb.
“Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdiriliblər.
Qəzanın təfərrüatları aydınlaşdırılır. Faktla bağlı araşdırma aparılır.