238
14:44
11 İyul 2019

Avtomobil aşdı:1 nəfər öldü, 4 nəfər yaralandı

Neftçalada ölümlə nəticələnən qəza qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, hadisə iyulun 10-da saat 20 radələrində baş verib. Rayonunun Şirvanlı kəndi ərazisində Bankə qəsəbə sakini Mirzamir Əmirov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və həmyerliləri olan sərnişinləri M.Əmirov, T.Ağasıyev, Şahlar Əmirov və qardaşı xəstəxanaya yerləşdirilib, Ş.Əmirov orada ölüb.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.