204
13:31
11 İyul 2019

Sabah bu qatarların hərəkət cədvəlləri DƏYİŞƏCƏK

Bakı-Sumqayıt-Bakı və Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkət cədvəllərində dəyişiklik ediləcək.
Bu barədə Lent.az -a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dəyişiklik istehsalat zərurəti ilə əlaqədar olaraq, hərəkət qrafikini sərnişin sıxlığına uyğunlaşdırılması məqsədilə ediləcək.