212
15:01
11 İyul 2019

Bakı sakininə bıçaqla xəsarət yetirən şəxs tutuldu

Bakı şəhər sakinini hədələyən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Nizami RPİ 24-cü PŞ-yə müraciət edən Bakı şəhər sakini T.Tanrıverdiyev iyulun 10-da saat 1 radələrində naməlum şəxsin onu bıçaqla hədələyərək pul verməsini tələb etməsini, istədiyinə nail olmadıqda ona əlindən bıçaqla xəsarət yetirib hadisə yerini tərk etdiyini bildirib.
24-cü PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Nuriyev saxlanılıb.
Araşdırma aparılır.