1514
12:21
10 İyul 2019

Vəzifədəki xanımlarımız: 119 deputatdan 20-si, 19 nazirdən heç biri, 72 nazir müavinindən ...

Azərbaycan Respublikası Milli Məclisində 119 deputat var ki, bunlardan 99-u kişi, 20-si qadındır.
Nazirlər Kabinetinin tərkibində isə 19 nazir, 72 nazir müavini var. Nazirlər arasında xanım olmasa da, müavinlərin 5-i qadındır.
Lent.az vəzifədəki xanımları təqdim edir:
Bildirək ki, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovdur və onun 3 (1-i qadın olmaqla) müavini var.
Xanım deputatlar:
1. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, deputat Bahar Əvəz qızı Muradova,
2. Ağayeva Ülviyyə,
3. Axundova Elmira,
4. Baxşəliyeva Gövhər,
5. Cəbrayılova Dilarə,
6. Əliyeva Jalə,
7. Əliyeva Kamilə,
8. Əliyeva Sona,
9. Fətəliyeva Sevinc,
10. Həmzəyeva Ülviyyə,
11. Hüseynova Sevinc,
12. Xanlarova Zeynəb,
13. İbrahimqızı Məlahət,
14. Kərimzadə Pərvin,
15. Qafarova Sahibə,
16. Qasımova Flora,
17. Mustafazadə Aytən,
18. Naxçıvanlı Aqiyə,
19. Paşayeva Qənirə,
20. Vəliyeva Sədaqət.
Bildirək ki, Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovdur və onun hamısı kişi olmaqla 4 müavini var.
Xanım nazir müavinləri:
1. Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova,
2. Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova,
3. Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Məmmədəliyeva Sevda,
4. Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Əliyeva Nigar,
5. Azərbaycan Respublikasının təhsil nazirinin müavini Məhəbbət Vəliyeva.
Qeyd edək ki, ölkədə 8 komitə fəaliyyət göstərir ki, onlardan yalnız birinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (Hicran Hüseynova) xanımdır.
Həmçinin qeyd edək ki,Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri də xanımdır (Məleykə Abbaszadə).
Bundan başqa xidmət rəisləri (5) və agentlik sədrlərinin (2) hamısı kişidir.