4992
15:45
08 İyul 2019

Rəqsanə ilə Təranə QALMAQALI BÖYÜDÜ: "Qızları" səni həbs etdirib" - VİDEO

Prodüser Təranə Səmədovanın müğənni Rəqsanə İsmayılova barəsində dediyi sözlər cavabsız qalmayıb.

Lent.az -ın məlumatına görə, Moskvada olan R.İsmayılova sosial şəbəkədə jurnalist Türkan Məmmədlinin T.Səmədova ilə bağlı suallarını cavablandırıb: “Həbsdən sonra da məni unutmayıb. Hara gedirsə, məndən danışır. Susuram, elə bilir ki, deməyə sözüm yoxdur. Kaş ki, sənin həbsxanaya girməyində mənim əlim olardı. Onda fəxr edərdim ki, sənin kimi lazımsız insanın ora düşməsinə səbəbkar olmuşam. Axmaq bir insansan! Qanunlarımız düzgün işləyir. Amma gərək sən azadlığa çıxmayardın. Çünki həbsdən sonra dilin daha da uzandı.

Vaxtı ilə efirlərə çıxırdın, Fərid və Faiq Azayevlər barəsində deyirdin ki, atandır. Ata dediyin insanların “qızları” səni həbs etdirib. Sən hansı vicdandan danışa bilərsən? Qəzaya düşmüşdün, qolu sınıq halda qızımın adına nömrə açıb “odnoklassnik”ə qoydun. Hansı sevgilindən danışırsan? Hava limanında çalışan? İstəyirsən ki, onun atasına zəng vurub deyim ki, oğlunu yığışdır? Məni bu həddə çatdırma! Hansı sevgili? Onun həyat yoldaşı mənə “whatsapp”da gözyaşı axıdır. Həmin qadının da evini yıxmısan”.

Qeyd edək ki. Təranə “ATV maqazin onlarla” verilişində Rəqsanə barəsində bu sözləri demişdi: “Mən Rəqsanə ilə işləyəndə ona həsəd aparırdım. Çünki çox zövqsüz idi. Başladı modelyerlərlə işləməyə, başlayırdı onlardan bir az oğurlamağa... Daha sonra da zövqlə geyinirdi”.