3994
13:56
05 İyul 2019

Namiqdən QALMAQALLI AÇIQLAMA: "Onlara son hörmətim idi" - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu heç bir zaman həmkarları ilə meyxana deməyəcək.

Lent.az -ın məlumatına görə, söz ustası bu barədə “5/5” verilişində deyib.

O bildirib ki, meyxana sənətində olan ağsaqqal həmkarlarına artıq hörmət qoymur:

“Rəhmətlik Aydın Xırdalanlı və Bayram Kürdəxanlı ilə meyxana demək istəyərdim. Onlar da vəfat edib. Hətta studiya ilə də danışmışdım, alınmadı. Amma indi mən meyxandan uzaqlaşmışam. İndi birlikdə meyxana demək istədiyim həmkarım yoxdu. İndi meyxanaçıların hamısı ilə meyxana deməyə yox deyirəm. Bunun səbəbləri var. Siz elə bilirsiniz ki, intriqa yalnız şou-biznesdədir? Meyxanada olan kələklər, bir-birlərini bəyənməmək heç bir janrda yoxdur. Baxmayaraq ki, bu sənət kişi sənəti kimi görsənir, kişi sənətidir, amma orada olan qırğınlar heç yerdə yoxdur. Bilirsiniz, kişi qırğını başqadır, bu isə başqa. Mənim konsertlərim olurdu, konsert təşkilatçısını tapırdılar və nələrdəsə əngəl törətməyə çalışırdılar. İki dəfə “Şəfa” stadionunda olan konsertim təxirə düşdü. Sonda məlum oldu ki, bunu hansı həmkarlarım edib. Ona görə də bezdim, geri çəkildim. Əvvəllər yaşlı meyxanaçıları görəndə qabağına qaçırdım. Amma indi niyə kənara çəkilirəm? Çünki boğaza qədər yığdılar. Hamısının işinə yaramışam. Xala, bibi nəvələrinin toylarına da getmişəm. Amma çox işlərdə məni yarıtmayıblar. Konsert edirdim, onların da adı o konsertdə yer almışdı. Həmin tədbirə bir gün qalmış bəhanələr gətirdilər, pul istədilər, verdim. O, mənim ağsaqqallara son hörmətim idi. Bitdi”.