259
17:43
20 İyun 2019

BMT ən çox əhalisi olan ölkələrin reytinqini açıqlayıb - TOP-10

BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin ekspertləri tərəfindən “World Population Prospects 2019” adlı illik hesabat dərc olunub. Hesabat çərçivəsində dünya əhalisinin dəyişmə tendensiyalarıtəhlil olunub.

APA -nın sözügedən hesabata istinadən verdiyi məlumata görə, dünya əhalisinin artımı davam edir, lakin artım tempi əhəmiyyətli dərəcədə azalıb. Hazırda əhalinin artım templəri 1950-ci ildən etibarən minimaldır və bu da fertilliyin (nəsilvermə qabiliyyəti) kəskin azalması ilə bağlıdır.

Ekspertlərin proqnozlarına əsasən, 2050-ci ilə dünya əhalisinin sayı 1 milyarddan çox artacaq və artımınəsas hissəsi Cənubi Afrika ölkələrinin payına düşəcək.

Hesabatda həmçinin qeyd olunub ki, 2018-ci ildə tarixdə ilk dəfə olaraq 65 yaşdan yuxarı əhalinin sayı 5 yaşadək olan uşaqların sayını üstələyib.

Ən çox əhalisi olan ölkələrin reytinqi:

#

Ölkə

2019-cu ildə əhalinin sayı, mln. nəfər

2050-ci ilə olan proqnoz, mln. nəfər

1

Çin

1 434

1 402

2

Hindistan

1 366

1 639

3

ABŞ

329

379

4

İndoneziya

271

331

5

Pakistan

217

338

6

Braziliya

211

229

7

Nigeriya

201

401

8

Banqladeş

163

193

9

Rusiya

146

136

10

Meksika

128

155